“1 iyun Uşaqların Beynəlxalq Müdafiəsi Günü”nə həsr olunmuş intellektual oyun keçirilib

İyunun 1-i məktəbin ibtidai sinif müəllimləri İradə Sadıqova və Lidiya Abbasovanın təşəbbüsü və təşkilatçılığı ilə “1 iyun Uşaqların Beynəlxalq Müdafiəsi Günü”nə həsr olunmuş şagirdlər arasında "Əyləncəli riyaziyyat gecəsi" adlı intellektual oyun keçirilib.
Lidiya müəllim "Şagirdlərin böyük həvəs və zövqlə iştirak etdiyi bu layihənin əsas məqsədi onlarda özünə inam və məsuliyyət hissi aşılamaq, eyni zamanda cəmiyyət üçün nə qədər dəyərli olduqlarını bir daha hiss etdirmək, cəmiyyətin diqqətini balacalara yönəltməkdir" deyə vurğulayıb.
Münsiflər heyəti tərəfindən intellektual oyunda qalib gələn komandalara hədiyyələr və "Təşəkkürnamə"lər təqdim olunub.