“1 iyun Uşaqların Beynəlxalq Müdafiəsi Günü”nə həsr olunmuş təntənəli bayram tədbiri təşkil edilib

İyunun 1-i məktəbin akt zalında “1 iyun Uşaqların Beynəlxalq Müdafiəsi Günü”nə həsr olunmuş təntənəli bayram tədbiri təşkil edilib.

Tədbirdə məktəb rəhbərliyi, müəllimlər, şagirdlər və valideynlər iştirak edib. Məktəbin ibtidai sinif müəllimi Vəfa Əliyevanın təşkilatçılığı ilə təşkil olunmuş tədbir böyük coşqu və sevincə səbəb olub.

Tədbirin keçirlməsində məqsəd şagirdlərdə dostluq, birlik, milli-mənəvi və ümumbəşəri dəyərlərə hörmət hisslərini tərbiyə etmək və onlarda yüksək əhval-ruhiyyə yaratmaq olub.

Möhtəşəm bayram tədbirində məktəblilər şeirlər söyləyib, milli rəqslər, dünya xalqlarının rəqsləri maraqlı kompozisiyalarla çıxış ediblər.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi