“Məktəblərdə futbol dərsi” layihəsində uğurlu iştirak

Mayın 29-u AFFA və Təhsil Nazirliyinin birgə həyata keçirdiyi “Məktəblərdə futbol dərsi” layihəsi çərçivəsində qızlardan və oğlanlardan ibarət komandalar arasında təşkil edilən turnirə yekun vurulub.
Bayıl Arenada təşkil edilən final mərhələsinin oyunları başa çatdıqdan sonra mükafatlandırma mərasimi keçirilib.
Yarışda 236 nömrəli tam orta məktəbin komandası III yeri tutaraq qaliblər sırasında olub.
Yarışın məqsədi istedadlı uşaqları aşkara çıxarmaq və onların istedadlarını inkişaf etdirmək məqsədi ilə peşəkar futbol klublarına yerləşdirmək olub.