İlk dərslər Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinə həsr edilib

Mayın 25-i məktəbin ibtidai sinif müəllimləri Nəzakət Mansurova, Nərmin Əliyeva ilk dərsləri Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinə həsr edib.
Xüsusi istedadı və yüksək hazırlığı ilə seçilən aşağı sinif şagirdləri öz bilik və bacarıqlarını nümayiş etdiriblər.
Nərmin Əliyevanın rəhbərlik etdiyi 3 "G" sinif şagirdləri texnologiya dərsində pastel təbaşirlər, akvarel, yağlı boya, çay daşlarından istifadə etməklə bayraq şəkli və digər maraqlı əl işləri hazırlayıblar.
Şagirdlər Azərbaycan Xalq Cümhuriyyətinin keçdiyi şərəfli yol, Vətən, qəhrəmanlıq mövzularında şeirlər söyləyib, mahnılar oxuyub, müxtəlif səhnəciklər göstəriblər.
Nəzakət müəllim Azərbaycan Xalq Cümhuriyyətinin tarixindən və fəaliyyətindən danışıb. O bildirib ki, müsəlman Şərqində ilk demokratik respublikanın məhz Azərbaycanda yaradılması çox önəmli hadisədir.