AXC-nin 100 illiyinə həsr olunmuş təntənəli bayram konserti təşkil olunub

Mayın 25-i məktəbin akt zalında Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinə həsr olunmuş təntənəli bayram konserti təşkil olunub.
Azərbaycan Respublikasının Dövlət Himninin səslənməsi ilə başlanan tədbiri məktəbin direktoru Xanlar İmaməliyev açaraq, Şərqin ilk demokratik respublikası-Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 100 illiyinin Prezident Cənab İlham Əliyevin 16 may 2017-ci il tarixdə imzaladığı Sərəncamla dövlət səviyyəsində geniş şəkildə qeyd edildiyini bildirib. Daha sonra məktəbin tarix müəllimi Zilxumar Qasımova Azərbaycan Xalq Cümhuriyyətinin yaranma tarixindən geniş məruzə ilə çıxış edib.
Bayram tədbiri bədii hissə ilə davam edib. Şagirdlərin hazırladıqları vətənpərlik mövzusunda səhnəciklər, ifa etdikləri mahnılar, bir-birindən maraqlı rəqs nömrələri böyük ruh yüksəkliyi və coşqu ilə qarşılanıb.