"Azərbaycan Xalq Cümhuriyyətinin tarixi" mövzusunda "Dəyirmi masa" keçirilib

Mayın 22-i məktəbin kitabxanasında Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyinə həsr olunmuş "Azərbaycan Xalq Cümhuriyyətinin tarixi" mövzusunda "Dəyirmi masa" keçirilib.
"Dəyirmi masa"nın məruzəçisi məktəbin tarix müəllimi Sara Ağayeva olub.
Sara müəllim Azərbaycan Xalq Cümhuriyyətinin yaranma tarixindən, müasir dövrdə ona verilən qiymətdən, ulu öndər Heydər Əliyevin layiqli davamçısı İlham Əliyevin apardığı uğurlu daxili və xarici siyasətdən geniş və ətraflı bəhs edib.