Şagirdlərin mənəvi dəyərləri toplayan, qoruyan və təbliğ edən müəssisələrə ekskursiyaları davam edir

Mayın 18-i  "Beynəlxalq Muzeylər Günü" münasibətilə məktəbin fəal müəlimlərindən olan Aygün Vəliyevanın, Nərmin Əliyevanın, Səbinə Nəzərlinin rəhbərliyi altında məktəb şagirdlərinin mənəvi dəyərləri toplayan, qoruyan və təbliğ edən müəssisələrə "Bülbülün ev-muzeyi"nə, "Şirvanşahlar Sarayı Komplesi"nə,"Məmməd Səid Ordubadinin Ev Muzeyi"nə, "Azərbaycan Xalça Muzeyi"nə və bir çox muzeylərə ekskursiyası təşkil olunub.

Şagirdlərə tarixi abidələr, mədəniyyət müəssisələri və orada qorunub saxlanılan qədim əşyaların tarixi, maddi-mədəni nümunələr haqqında muzey bələdçiləri tərəfindən ətraflı məlumat verilib.

Ekskursiyaların əsas məqsədi şagirdlərin boş vaxtlarını səmərəli keçirmələrinə kömək etmək,qorunan tariximizi onlara daha ətraflı və dolğun şəkildə çatdırmaq, bugünkü tarixi qoruyaraq gələcək nəsillərə miras qoymağa kömək etməkdir.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi