"Üzeyir Hacıbəylinin Ev Muzeyi"nə ekskursiya təşkil olunub

Mayın 18-i məktəbin Azərbaycan dili və ədəbiyyatı müəllimi Sima İmaməliyevanın rəhbərliyi altında 6 "A" sinif şagirdlərinin "Beynəlxalq Muzeylər Günü" münasibətilə Azərbaycan professional musiqisinin banisi, Azərbaycan Respublikasının Dövlət Himninin bəstəkarı Üzeyir bəy Hacıbəylinin Bakıda yerləşən "Üzeyir Hacıbəylinin Ev Muzeyi"nə ekskursiyası təşkil olunub. 

Sima müəllim və muzeyin bələdçisi tərəfindən şagirdlərə  bəstəkarın həyat və yaradıcılığı haqqında geniş və ətraflı məlumat verilib.

Şagirdlər Azərbaycan musiqi mədəniyyətinin karifeyi dahi Üzeyr Hacıbəyli yaradıcılığından bəhs edən sənədli film izləyiblər.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi