“Ulu öndər Heydər Əliyev müstəqil Azərbaycanın qurucusu və memarıdır”

Mayın 17-si məktəbin akt zalında məktəbin tarix müəllimi Rövşanə İsmayılovanın təqdimatında müasir Azərbaycan tarixinin daha səmərəli öyrədilməsi məqsədi ilə 11- ci sinif şagirdləri üçün “Ulu öndər Heydər Əliyev müstəqil Azərbaycanın qurucusu və memarıdır” mövzusunda məruzəsi dinlənilib.
Mühazirəni məktəbin direktoru Xanlar İmaməliyev giriş sözü ilə açaraq Ümummilli lider Heydər Əliyevin Azərbaycanın müstəqilliyi və inkişafı üçün daima çalışdığını bildirib.
Rövşanə müəllim tərəfindən ulu öndər Heydər Əliyevin həyat və fəaliyyətinin müxtəlif aspektləri geniş təhlil edilmiş, şagirdlərə dahi şəxsiyyətin siyasi irsi, dövlətçilik fəlsəfəsi, azərbaycançılıq məfkurəsi, xalqımız və dövlətimiz qarşısında misilsiz xidmətləri barədə ətraflı bilgilər verilmişdir.
Sonda ümummilli lider Heydər Əliyevin mənalı həyat yolu və siyasi fəaliyyətinə həsr edilən videoçarx nümayiş olunub.