Mərkəzi Nəbatat bağına ekskursiya təşkil olunub

Mayın 13-ü məktəbin ibtidai sinif müəllimi Səbinə Ələkbərovanın təşəbbüsü və təşkilatçılığı ilə 3 "F" sinif şagirdlərinin Mərkəzi Nəbatat bağına ekskursiyası təşkil olunub.
Ekskursiyanın təşkil edilməsində məqsəd uşaqların asudə vaxtlarını maraqlı keçirməsini təmin etmək və istirahət müddətində onların bilik səviyyələrinin, dünyagörüşünün artırılmasına köməklik göstərilməsi olub.
Şagirdlər bağda olan ağac və kol bitkiləri, ilə yaxından tanış olublar və onları maraqlandıran suallar bələdçi və müəllim tərəfindən cavablandırılıb. Daha sonra burada adları “Qırmızı kitab”a düşmüş nadir flora və fauna nümunələri ilə tanış olublar.
Şagirdlər füsünkar gözəlliyə malik olan bağla tanışlıqdan xoş təəssüratla ayrılıblar.