Yazını oxuyanlar göz yaşlarına boğulub

Mayın 15-i məktəbin ibtidai sinif müəllimi Sevinc Həsənovanın Azərbaycanın ayrılmaz dilbər guşəsi olan Şuşa şəhərinə həsr olunmuş "Şuşa şəhərinin dünəni, bu günü və sabahı" mövzusunda dərsi keçirilib.
Sevinc müəllim əsrarəngiz təbiətə malik Şuşa haqqında şagirdlərə öz fikirlərini yazmağı tapşırıq verib.
Sinfin şagirdi Nəzrin Əlizadənin Şuşa haqqında yazdığı fikirləri müəllimi və sözü gedən yazını oxuyanları göz yaşlarına boğub.
"Nəzrinin kiçik qəlbindəki vətəninə, torpağına olan böyük məhəbbəti bir daha bunu sübut edir ki, şagirdlərimiz vətənpərvər ruhda böyüyür. Və biz əminik ki, əsası ümummilli liderimiz Heydər Əliyev tərəfindən qoyulmuş Azərbaycan Ordusu bu gün Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin rəhbərliyi ilə istənilən an torpaqlarımızı düşməndən azad etmək iqtidarındadır!" deyə Sevinc müəllim söyləyib.