"Heydər Zirvəsi əlçatmazdır!" adlı tədbir keçirilib

Mayın 10-u məktəbin ibtidai sinif müəllimi Rəqiyyə Məhərrəmovanın təşkilatçılığı ilə 1 "C" sinfinin şagirdlərinin təqdimatında "Heydər Zirvəsi əlçatmazdır!" adlı Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin anadan olmasının 95-ci ildönümünə həsr olunmuş möhtəşəm tədbir keçirilib.
Şagirdlər dahi şəxsiyyət Heydər Əliyevə həsr olunmuş şeirlər söyləyib, ədəbi-bədii kompozisiyalar nümayiş etdiriblər. Birincilərin vətənpərvərlik mövzusunda səsləndirdikləri mahnılar da maraqla qarşılanıb.