İntellektual oyununun qalibləri mükafatlandırılıb

Mayın 11-i Səbail Rayon Gənclər və İdman İdarəsinin təşkilatşılığı ilə Səbail rayon məktəbliləri arasında Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 100 illiyinə həsr olunmuş IX-XI siniflər arasında təşkil edilmiş “Breyn-rinq” intellektual oyununun və rəsm müsabiqəsinin qaliblərinin Səbail rayon İcra Hakimiyyətində mükafatlandırma mərhələsi keçirilib.
Məktəbin qalib gəlmiş komandası təşkilatçılar tərəfindən kubok, diplom, medal və qiymətli hədiyyələrlə təltif olunmuşlar.