11-ci sinif şagirdlərilə görüş keçirilib

Mayın 8-i Bakı Şəhəri üzrə Təhsil İdarəsinin razılığı ilə Azərbaycan Turizm və Menecment Universitetinin nümayəndələri Azərbaycan Turizm və Menecment Universitetində fəaliyyət göstərən turizm və menecment sahələrinə maraq göstərən və xarici dil biliklərinə malik olan abituriyentləri universitetə cəlb etmək məqsədilə məktəbin akt zalında 11-ci sinif şagirdlərilə görüş keçirib.
Görüşdə şagirdlərə universitet haqqında ətraflı məlumat verilib və fikir mübadiləsi aparılıb.
Sonda şagirdləri maraqlandıran suallar nümayəndələr tərəfindən cavablandırılıb.