Xalq Təhsili Muzeyinə ekskursiya təşkil olunub

Azərbaycan təhsilinin nailiyyətlərlə zəngin inkişaf tarixini öyrətmək və təbliğ etmək məqsədilə mayın 4-ü məktəbin riyaziyyat müəllimi Şəhla Əhmədovanın rəhbərliyi ilə məktəbin bir qrup şagirdlərinin Xalq Təhsili Muzeyinə ekskursiyası təşkil olunub.
Muzeyin bələdçisi tərəfindən şagirdlər muzeydə qabaqcıl təhsil müəssisələri və müəllimlər barədə məlumatlandırılıb, tədris prosesini əks etdirən fotoşəkillər, nadir dərs vəsaitləri və ləvazimatlar, müxtəlif illərə məxsus dərslik və proqramlar, əl işləri, albomlar, maketlər və digər eksponatlarla tanış olublar.