Nümunəvi dərs keçirilib

Mayın 3-ü məktəbin riyaziyyat müəllimi Şəhla Əhmədovanın 5 "E" sinfində riyaziyyat fənnindən "Dairəvi və düzbucaqlı dioqramlar, histoqramlar" mövzusunda nümunəvi dərsi keçirilib.
Şəhla müəllim cədvəllər, qrafiklər, dairəvi və düzbucaqlı dioqramlar, histoqramlar, verilmiş məsələnin həlli üçün gərəkli olan şərtlərin seçimi, ədədi, qrafik və cədvəl formasında olan məlumatların təhlili mövzusunda geniş və ətraflı məlumat verib.
Şagirdlər hazırladıqları həndəsi fiqurlar üzərində konstruktiv bacarıqları, bucaq haqqında təsəvvürü nümayiş etdiriblər.