Balaca aşpazlar üçün master-klas keçirilib

Aprelin 28-i məktəbin ibtidai sinif müəllimi Nərmin Əliyevanın təşkilatçılığı və təşəbbüsü ilə 3 "G" sinif şagirdlərinin asudə vaxtlarının səmərəli və maraqlı təşkili məqsədilə Zooland  əyləncə mərkəzinin yeməkxanasında balaca aşpazlar üçün master-klass keçirilib.

Son illər menyumuza daxil olan pizza həm uşaqların, həm də böyüklərin sevimli yeməyinə çevrilib. Balacalar şən və mehriban şəraitdə, valideynlərin iştirakı ilə pizza hazırlamağı öyrəniblər. Baş aşbaz balaca qurmanlara xəmirin yoğrulmasında və içliyin seçimində yardımçı olub.

Sonda hamı birlikdə böyük zövq və sevgi ilə hazırlanmış pizzaların dadına baxıb.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi