“Narkomaniya-əsrin bəlası” mövzusunda maarifləndirici tədbir keçirilib

Aprelin 27-si Səbail rayon Badamdar qəsəbəsində yerləşən Mərkəzləşdirilmiş Kitabxana Sisteminin Nəriman Nərimanov adına 6 nömrəli filialında “Narkomaniya-əsrin bəlası” mövzusunda maarifləndirici tədbir keçirilib.
Tədbirdə Səbail rayon Polis İdarəsinin Narkomaniya ilə Mübarizə bölməsinin baş əməliyyat müvəkkili polis mayoru İlham Mədətov, Səbail rayon MKS-nin Mərkəzi Kitabxanasının əməkdaşları, 236 nömrəli tam orta məktəbin psixoloqu Vəcahət Əliyeva və məktəbin VIII-IX sinif şagirdləri iştirak edib.
Tədbir zamanı narkomaniya ilə mübarizə mövzusuna həsr edilmiş sərgi-plakat və narkomaniyanın törətdiyi ağır fəsadlardan bəhs edən videoçarx iştirakçılara təqdim olunub.
Tədbirdə çıxış edən məktəbin psixoloqu Vəcahət Əliyeva narkotikin orqanizmə mənfi təsiri, şüurun dəyişməsi, insanlar arasında qarşılıqlı münasibətlərin pozulması və ümumi həyat şəraitinə pis təsiri, psixoloji inkişafa təsirindən geniş və ətraflı söhbət açıb.