31 Dekabr-dünya Azərbaycanlılarının Həmrəyliyi günü, xalqımızın birlik şüarıdır.

29 dekabr 2015-ci il tarixdə Səbail rayonu 236saylı tam orta məktəbdə 31 Dekabr Dünya Azərbaycanlılarının Həmrəyliyi günü və Yeni il menasibətilə tədbir keçirildi. Tədbirdə Rayon İcra Hakimiyyəti, Badamdar Qəsəbə Nümayəndəliyi, Bələdiyyə üzvləri, məktəbin pedaqoji kollektivi və IX_XI sinif şagirdləri iştirak etdilər. Tədbiri giriş sözü ilə açan məktəbin direktoru Xanlar İmaməliyev qeyd etdi ki, bu bayram xalqımızın əsas bayramlarından biridir. Bu bayram ayrı-ayrı ölkələrdə yaşayan azərbaycanlılarla əlaqələr yaratmaq, onlar arasında birlik və həmrəylik daha da inkişaf etdirməkdə rol oynayır. Məktəbin tarix müəllimi Rövşanə İsmayılova, XI sinif şagirdi Bəhram Həsənli qeyd etdilər ki, 1991-ci ilin 16 dekabrında Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Heydər Əliyev DÜnya Azərbaycanlılarının birliyini yaratmağın əhəmiyyətini nəzərə alaraq dekabrın 31-ni Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü elan etmişdir.Sonra bu təşəbbüs mərkəzi hakimiyyətin də dəstəyini qazandı və artıq bütün Azərbaycanlılar rəsmən bu günü bayram kimi qeyd edir. Dünya Azərbaycanlılarının Həmrəyliyi günü --Azərbaycan millətinin birlik şüarının simvolik günüdür. Bu bayram dünyanın 70-dən çox ölkəsində yaşayan 50 milyondan artıq azərbaycanlılarla əlaqələr qurmaq, onlar arasında birlik və həmrəylik yaratmaq işində mühüm rol oynayır. Dünya Azərbaycanlılarının Həmrəylik gününün qeyd edilməsi bütün dünya azərbaycanlıları tərəfindən artıq bir zərurətə və mənəvi ehtiyaca çevrilmişdir. Həmrəylik günü Azərbaycan diasporu üçün ən mühüm bayrama çevrilib. İndi həmrəylik gününü hətta milliyətcə azərbaycanlı olmayıb, lakin Azərbaycanda doğulub-böyümüş, Azərbaycan əsilli diaspor nümayəndələri də qeyd edirlər.Şagirdlər şeirlər söylədilər, mahnılar oxudular, müxtəlif tamaşalardan fraqmentlər göstərdilər.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi