Texnolgiya fənnindən "Açıq dərs” keçirilib

Aprelin 26-sı məktəbin texnologiya müəllimi Bəyim Qarayevanın təşkilatçılığı ilə 6 "A" sinfində texnolgiya fənnindən "Parçanın emalı texnologiyası və naxıştikmə" mövzusunda "Açıq dərs”i keçirilib.
Dərsdə məktəb rəhbərliyi, fənn metodbirləşmə sədrləri, texnologiya müəllimləri iştirak edib.
Bəyim müəllim ilk öncə şagirdlərə parçanın emalı texnologiyasını, emal ardıcıllığını, naxıştikmə zamanı təhlükəsizlik və gigiyena qaydalarına əməl etmə, mexaniklləşdirilmiş əl alətlərindən istifadə etməklə naxıştikmə ardıcıllığını ətraflı və geniş izah edib.
Tədris prosesində fəndaxili və fənlərarası inteqrasiya yaradılıb.
Daha sonra sapların yaranması və parçaların boyanması haqqında videomaterial izlənib.
Yüksək səviyyədə təşkil olunmuş dərs iştirakçılar tərəfindən maraqla qarşılanıb və bəyənilib.