Respublika mərhələsinin final turuna vəsiqə qazanıb

Aprelin 23-ü Azərbaycan Respublikası Təhsil Nazirliyi və Azərbaycan Velosiped İdmanı Federasiyasının dəstəyi, "Təhsil” Respublika İdman Mərkəzi və Respublika Olimpiya Velosiped Məktəbinin birgə təşkilatçılığı ilə Səbail rayon məktəbliləri arasında velosiped idman növünün məktəblilər arasında təbliğinə həsr olunmuş kütləvi idman tədbirlərinin rayondaxili mərhələsi keçirilib.

Velosiped idman növünə məktəblilərin maraqlarının artırılması məqsədilə yüksək səviyyədə təşkil olunmuş yarışda 236 nömrəli tam orta məktəbin komandası I yerə layiq görülərək təşkilatıçlar tərəfindən təsis edilmiş kubok və diplomlarla təltif edilib və respublika mərhələsinin final turuna vəsiqə qazanıb.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi