Mərdəkan dendrarisinə ekskursiya təşkil olunub

Aprelin 21-i məktəbin ibtidai sinif müəllimi Vəfa Əliyevanın təşəbbüsü və təşkilatçılığı ilə 1 "E" sinif şagirdlərinin Mərdəkanda yerləşən, əsası Bakı milyonçusu, görkəmli alim Murtuza Muxtarov tərəfindən qoyulan, hazırda Mərdəkan dendrarisi adını daşıyan bağa ekskursiyası təşkil olunub

Məqsəd birincilərin asudə vaxtlarının səmərəli keçirilməsi, istirahət müddətində onların bilik səviyyələrinin, dünyagörüşünün artırılmasına köməklik göstərilməsi və eyni zamanda təbiətin insan həyatındakı rolunu izah etməkdən ibarət olub.

Şagirdlər bağda olan ağac və kol bitkiləri ilə yaxından tanış olublar və onları maraqlandıran suallar bələdçi və müəllim tərəfindən cavablandırılıb. Daha sonra  burada adları “Qırmızı kitab”a düşmüş nadir flora və fauna nümunələri ilə tanış olub və Murtuza Muxtarovun ev-muzeyini ziyarət ediblər.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi