"Oxu həftəsi" çərçivəsində Abdulla Şaiqin seçilmiş əsərlərinin I cildinin müzakirəsi təşkil olunub

Bildiyimiz kimi mütaliə mədəniyyəti şəxsin informasiya mədəniyyətinin tərkib hissələrindən biri kimi sosial əhəmiyyətli və digər məqsədlərə nail olmaq üçün məqsədyönlü mütaliə üzrə bilik, bacarıq və vərdişlərin məcmusudur.

Şagirdlərdə kitab mütaliəsinə marağı artırmaq məqsədilə "Oxu həftəsi" çərçivəsində aprelin 20-si məktəbin kitabxanasında müxtəlif yaş oxucuları üçün kitabların sərgisi və milli uşaq ədəbiyyatının banisi  Abdulla Şaiqin hekayə və povestlərindən ibarət seçilmiş əsərlərinin I cildinin müzakirəsi təşkil olunub.

Azərbaycan Respublikasının Dövlət himninin səslənməsi ilə başlanan tədbiri məktəbin kitabxana müdiri Mətanət Salmanova açaraq kitabların, mütaliə vərdişinin həyatımızda oynadığı əhəmiyyətli rolundan ətraflı və geniş söhbət açıb. Daha sonra məktəbin Azərbaycan dili və ədəbiyyat müəllimi Şəhla Zeynalova söhbəti davam etdirərək Abdulla Şaiqin həyat və yaradıcılığından, seçilmiş əsərlərindən geniş məruzə ilə çıxış edib.

Kitablar arasında ən çox yeri vətənpərvərlik ruhunda yazılmış əsərlər tutub.

Şagirdlər kitabxanada müxtəlif yazarların əsərləri ilə də tanış olub.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi