Şagirdlərin reseptiv bacarıqlarının onlayn yoxlanılması aparılıb

Aprelin 20-si Macarıstanın Szeged Universitetində PhD-Educational Science (fəlsəfə doktoru) təhsili alan Kərimova Könül Məhəmməd qızı məktəbdə VI, VIII sinif şagirdlərinin reseptiv bacarıqlarının rus və ingilis dillərində onlayn sistemdə yoxlamasını aparıb.
Tədqiqat işinin aparılmasında məqsəd Azərbaycanda şagirdlərin rus və ingilis dillərini oxuma və dinləmə bacarıqlarının özü-konsepsiyası arasında əlaqəni aşkarlamaqdan ibarət olub.