236 nömrəli tam orta məktəb “Breyn-rinq” intellektual oyununda qaliblər sırasında olub

Aprelin 19-u Səbail Rayon Gənclər və İdman İdarəsinin təşkilatşılığı ilə Səbail rayon məktəbliləri arasında Səbail rayonu Tofiq Məmmədov adına 239 nömrəli tam orta məktəbdə “Breyn-rinq” intellektual oyunu keçirilib.

Yarlşda IX-XI sinif şagirdlərindən ibarət  komandalar iştirak edib. Oyun olimpiya sistemi üzrə keçirilib. Hər bir komandanın heyəti 8 oyunçudan ibarət olub.  Oyun ərzində komandanın 5 üzvü iştirak edib, 3 üzvü isə ehtiyyatda qalıb.

Yarışda 236 nömrəli tam orta məktəb münsiflər heyəti tərəfindən II yerə layiq görülərək qaliblər sırasında olub.

Yarışın keçirilməsində məqsəd şagirdlərin dünyagörüşünün, zehni inkişafının stimullaşdırılması, mədəni və intellektual səviyyəsinin artırılmasından ibarət olub.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi