Məktəbdə Diaspor dərsi

17 dekabr 2015-ci il tarixdə məktəbdə Diaspor Jurnalistlər Birliyinin "Orta məktəblərdə Diaspor dərsləri" layihəsi çərçivəsində Diaspor dərsi keçirildi. Tədbirdə Diaspor Jurnalistləri Birliyinin sədri -Fuad Hüseynzadə, Diasporla iş üzrə Dövlət Komitəsinin əməkdaşı -Əbülfəz ŞeydabəyovÇex-Azərbaycan İctimai Birliyinin sədri-Əbdül ƏliyevDiaspor Jurnalistlər Birliyinin baş katibi-Siyavuş ƏmirliBadamdar Qəsəbə nümayəndəliyi və Badamdar Qəsəbə Bələdiyyəsinin Üzvləri, məktəbin müəllimləri və yuxarı sinif şagirdləri iştirak etdilər.DJB sədri Fuad Hüseynzadə "Orta məktəblərdə diaspor dərsləri" layihəsinin könüllü icra edildiyini və Azərbaycanda ilk dəfədir ki, belə bir layihənin keçirildiyini diqqətə çatdırdı.. "Məqsədimiz siz şagirdlərin Azərbaycan diasporu haqqında düşüncəsini inkişaf etdirməkdir. Bilməliyik ki, dünya Azərbaycanlılarının sayı 50 milyondan çoxdur."Diasporla iş üzrə Dövlət Komitəsinin əməkdaşı Əbülfəz Şeydabəyov milli diasporumuzun inkişaf tarixi və yayılma coğrafiyası haqqında məlumat verdi. Çex-Azərbaycan İctimai Birliyinin sədri Əbdül Əliyev bildirdi ki, aparıcı Çexiya universitetləri ilə müxtəlif xarakterli layihələr, tədqiqatlar mərkəzləri və digər ictimai önəmli strukturlarla işlərin inkişafına və qurulmasına çalışır, mədəni, siyasi və iqtisadi sahələrdə müxtəlif xarakterli layihələr üzrə birgə iş fəaliyyəti göstəririk. "Öz fəaliyyəti ilə Çex -Azərbaycan İctimai Birliyinin iki millət arasında dialoqun inkişafına və bütün sahələr üzrə daha da dərin əlaqələr qurulmasına xidmət edirik. Diaspor Jurnalistləri Birliyinin baş katibi Siyavuş Əmirli isə təşkilatın gördüyü işlərdən danışdı: "Diaspor Jurnalistləri Birliyi Azərbaycan mediasının diaspor mövzusuna diqqətin daha da artırılması, xaricdəki azərbaycanlı və əcnəbi jurnalistlərlə əlaqələrin qurulması, Azərbaycan tarixinin, mədəniyyətinin , milli-mənəvi dəyərlərinin xaricdə daha da geniş yayılmasını təşkil etmək məqəsdilə yaradılıb. Diskussiya şəraitində keçən "Diaspor dərsi"ndə şagirdləri maraqlandıran suallara cavab verildi.Məktəbimizdə 11-ci sinifdə təhsi alan Slovakiyalı şagird Viktoriya Şimalova çıxış edərək, Azərbaycanda təhsil almağından məmnun olduğunu bildirdi. o qeyd etdi ki, Azərbaycanda məni çox səmimi qarşıladılar. Mənim bu məktəbdə çoxlu dostlarım var. Siz, Azərbaycanlılar çox qonaqpərvər xalqsınız. Sevinirəm ki, mənə Azərbaycanda təhsil almaq nəsib olub.Sonda məktəbin direktoru Xanlar İmaməliyev çıxış edərək , DJB-nin bu təşəbbüsünü yüksək qiymətləndirdi və layihənin şagirdlərin diasporla bağlı maariflənməsində əhəmiyyətli rol oynayacağını bildirdi.