Müəllim balaca teatrsevərləri sevindirib

Aprelin 7-s i məktəbin ibtidai sinif müllimi Nərmin Əliyevanın təşəbbüsü və təşkilatçılığı ilə 3 "G" sinif şagirdlərinin Abdulla Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrına ekskursiyası təşkil olunub.

Şagirdlər Dövlət Kukla Teatrını hazırladığı Karlo Kollodinin "Pinokkionun sərgüzəştləri" tamaşasını böyük maraqla izləyib və alqışlayıblar.

Göstərilən  tamaşa maraqlı olması ilə yanaşı  tərbiyəvi əhəmiyyəti ilə də diqqət çəkib.

Nərmin müəllim "Uşaqları kukla teatrına aparmaq, onlarla birgə getmək, baxılan tamaşaları mütləq müzakirə etmək çox vacibdir" deyə vurğulayıb.

Sonda şagirdlər Dövlət Kukla Teatrındakı personajlarla xatirə şəkli çəkdiriblər.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi