Kəlbəcərsiz 25 il və “Dördgünlük müharibə” mövzusunda məruzə dinlənilib

Bu gün Azərbaycanın ayrılmaz hissəsi olan dilbər guşəsi Kəlbəcər rayonunun Ermənistan tərəfindən işğalından 25 il ötür.
Bu münasibətlə məktəbin tarix müəllimi Zilxumar Qasımova yuxarı sinif şagirdləri ilə tarix guşəsi önündə ətraflı söhbət aparıb, Kəlbəcər rayonunun işğalı, aprel döyüşləri və “Dördgünlük müharibə”nin qəhrəmanları haqqında geniş məruzə ilə çıxış edib.
Aprel döyüşlərindən danışan Zilxumar müəllim xüsusilə qeyd edib ki, 2016-cı ilin aprelində Azərbaycan ordusu öz gücünü göstərdi. Bir daha sübut etdi ki, istənilən vaxt öz torpaqların işğaldan azad etmək qüdrətinə sahibdir.