"Əhalinin yerləşməsi" mövzusunda açıq dərs keçirilib

Martın 30-u məktəbin coğrafiya müəllimi Aytən Niftəliyevanın coğrafiya fənnindən 7 "C" sinfində "Əhalinin yerləşməsi" mövzusunda "Açıq dərsi" keçirilib.
Dərsdə məktəb rəhbərliyi, fənn metodbirləşmə sədrləri, tarix müəllimləri iştirak edib.
Aytən müəllim əhalinin regionlar üzrə paylanması, kontur xəritədə əhalinin sıx məskunlaşdığı əraziləri, əhalinin yerləşməsinə təsir edən amillər barədə ətraflı və geniş danışıb.
Daha sonra şagirdlər qruplara bölünüb, qruplar mövzuya uyğun adlandırılıb və qruplara müəllim tərəfindən tapşırıqlar verilib.
Dərs elmi-nəzəri cəhətdən dəqiq, məntiqli və ardıcıl təşkil olunub. Tapşırıqlar dinlənildikdən sonra təhlil və müzakirə olunub.