"Rusiyanı yaxından tanı, ölkən haqqında danış" layihəsində

Ümumrusiya Azərbaycan Konqresinin (ÜAK) təşəbbüsü ilə Stavropol vilayətində yerləşən Kafkaz Federal Universitetində müəllim-tələbə heyətinin təşəbbüsü ilə "Rusiyanı yaxından tanı, ölkən haqqında danış" coğrafi klub layihəsi çərçivəsində “Günəş hərarətli bahar bayramı olan Novruz" yaz karnavalı keçirilib.

Tədbir Kafkaz Federal Universitetinin xarici tələbələr İttifaqı, Stavrapol Vilayətinin Özbəkistan və özbəkistanlılar Milli Mədəniyyət Mərkəzinin və Stavrapol vilayətinin Ümumrusya Azərbaycan Konqresinin birgə dəstəyi ilə təşkil olunub.

Tədbirdə məktəbin 2015/2016-cı il məzunu Ağakərimov Nəzər Balakişi oğluna Kafkaz Federal Universitetinin xarici gənc tələbələrinin siyasi inkişafı və birliyinin tərəqqisində böyük xidmətlərinə görə Fəxri fərman təqdim olunub.

Ölkəmizin milli-mənəvi bayramının xarici ölkədə təbliğinin xüsusilə Stavropolda yaşayan, eləcə də təhsil alan azərbaycanlı gənclərinin bu cür tədbirlərdə fəal iştirakı bir azərbaycanlı kimi bizə qürur hissi yaşatdı. 

Tədbirdə Kafkaz Federal Universitetinin azərbaycanlı tələbələrinin ifasında "Sarı gəlin" Azərbaycan xalq mahnısı, milli rəqs nömrələri və himnimizin səslənməsi coşqu ilə qarşılanıb.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi