“31 Mart - Azərbaycanlıların Soyqırımı Günüdür” adlı dəyirmi masa təşkil olunub

Martın 29-u məktəbin tarix müəllimi Rövşanə İsmayılovanın təşkilatçılığı ilə 31 mart - Azərbaycanlıların Soyqırımı Günü ilə bağlı “31 Mart - Azərbaycanlıların Soyqırımı Günüdür” adlı dəyirmi masa təşkil olunub.
Tədbir soyqırım qurbanlarının əziz xatirəsnin bir dəqəqəlik sükutla yad edilməsi ilə başlayıb.
Dəyirmi masada məktəb rəhbərliyi, tarix müəllimləri və IX-XI sinif şagirdləri iştirak edib.
Rövşanə müəllim hadisənin tarixindən geniş məruzə ilə çıxış edib və xüsusi olaraq vurğulayıb ki, "İlk dəfə olaraq Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev 31 mart- Azərbaycanlıların Soyqırımı Günü haqqında müvafiq fərman imzalamaqla 1918-ci ilin faciəli hadisələrinə tarixi- hüquqi qiymət vermişdir".
Məktəbdə 31 mart - Azərbaycanlıların Soyqırımı Günü ilə bağlı silsilə tədbirlər keçirilir.