“Uşaqların ən yaxşı rəsmi” müsabiqəsində

Martın 25-də Azərbaycan Rəssamlar İttifaqının təşkilatçılığı ilə İçərişəhərdə Novruz bayramı münasibətilə “Təsviri sənət həftəsi” adlı tədbirdə “Uşaqların ən yaxşı rəsmi” adlı müsabiqə keçirilib.
Müsabiqədə məktəbin birinci sinfinin rus bölməsində təhsil alan Zaman Feyziran Rəşad qızı fəal iştirakına görə Diplomla təltif olunub.
Çəkdiyi rəsmlərində rənglərdən daim gözəl möcüzələr yaradan balaca rəssam Feyzirana gələcək fəaliyyətində bol-bol uğur və yeni-yeni nailiyyətlər arzulayırıq.