Şagirdlər maarifləndirici tur-aksiyasında iştirak edib

Martın 15-də "Ölkəmizi tanıyaq" maarifləndirici tur-aksiyası çərçivəsində məktəbin IX və XI sinif şagirdlərindən ibarət bir qrupu Naxçıvan Muxtar Respublikasına yola salınıb.
Onlar “Ölkəmizi tanıyaq” atributları həkk olunmuş xüsusi geyimlərlə təmin edilib.
Şagirdlər Naxçıvan şəhərinin tarixi abidələri və mədəniyyət müəssisələri ilə tanış olub, görməli yerləri haqqında ətraflı məlumat alıblar.
Ekskursiya martın 18-i uğurla başa çatıb.