Beynəlxalq yarışda Azərbaycanı təmsil edib qalib olub

Moskvada keçirilən Beynəlxalq Rəqs və İncəsənət Federasiyasının ( WADF (World Art & Dance Federation) təşkilatçılığı ilə müasir və folklor rəqsləri üzrə yarışmada Azərbaycan da təmsil olunub.
Məktəbin 5 "Ə" sinif şagirdi Quli̇yeva Zəhra Rəhman qızı Moskvada keçirilən Avropa Çempionatına müasir və folklor rəqsləri üzrə yarışmaya qatılıb və II yerə layiq görülərək diplom və hədiyyələrlə təltif olunub.
Zəhra festival çərçivəsində canlı musiqinin müşayiəti ilə "Ağ çiçəyim" adlı rəqsi nümayiş etdirib, habelə folklor nümunələrinin təqdimatını həyata keçirib.
Şagirdimizin "Qavalla rəqs"i izləyicilər tərəfindən maraqla qarşılanıb.