"Xoş gəlmisən Novruzum" adlı təntənəli bayram şənliyi təşkil olunub

Martın 19-u məktəbin akt zalında "Xoş gəlmisən Novruzum" adlı təntənəli bayram şənliyi təşkil olunub.
Tədbirdə məktəb rəhbərliyi, müəllimlər, şagirdlər və valideynlər iştirak edib. Əvvəlcə məktəb rəhbərliyi tədbir iştirakçılarını bayram münasibətilə təbrik edib.
Şənlik Novruza xas oyunlar, milli rəqslər və milli musiqi ifaları ilə davam edib.
Novruz bayramının əzəli-əbədi personajları olan Kosa və Keçəlin maraqlı oyunları isə tədbir iştirakçılarına əsl bayram əhvali-ruhiyyəsi yaşadıb.