"Novruz atributları və bahar bayramı motivləri" mövzusunda sərgi təşkil olunub

Martın 16-sı məktəbin texnologiya müəllimi Nailə Fataxovanın texnologiya dərsində "Novruz atributları və bahar bayramı motivləri" mövzusunda 7 "E" sinif şagirdləri: Həbibullahli Rüxsarə Rəfael qızı, İlyasova Aylin Azər qızı, Hacızalova Ədilə Rüstəm qızı, Qasımova Mələkxanim İskəndər qızı, Yusenaliyeva Laura Arif qızı, Qədirova Elvina Ramin qızının əl işlərindən ibarət fərdi yaradıcılıq sərgisi təşkil olunub.

Sərgidə Azərbaycan mədəni irs nümunələri, bayramın atributları olan şirniyyat növləri, qədim qablar və əl işləri nümayiş olunub

Şagirdlərin hazırladıqları əl işləri bütövlükdə baharın bir parçasını canlandırıb. 

Nailə müəllim Novruz süfrəsinin hazırlanması, Novruzun adət-ənənəsi, habelə xalqımızın qədim və zəngin irsi barədə şagirdlərə ətraflı məlumat verib.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi