“Qara Pantera” və “Pələng” komandaları arasında gərgin mübarizə gedib

Martın 15-i məktəbin fiziki tərbiyə müəllimi Ülvi Mədətovun təçkilatçılığı ilə “Çeviklik qabiliyyətinin təkmilləşdirilməsi” mövzusunda 5 “E” və 5 “Ə” sinif şagirdləri arasında məktəbdaxili idman yarışı keçirilib.
Yarışa Azərbaycanın dövlət himninin səslənməsi və komandaların təntənəli keçidi ilə start verilib.
Yarışın lazımi səviyyədə keçirilməsi üçün bütün imkanlar yaradılıb.
“Qara Pantera” və “Pələng” komandaları arasında finalda qalibiyyət uğrunda gərgin mübarizə gedib.
Komandalar verilən tapşırıqların öhdəsindən maksimum gəlməyə çalışıb. Sonda mükafatlandırma mərasimi keçirilib, qalib komandaya kubok, medal, diplomlar və hədiyyələr təqdim olunub.