"Çərşənbə axşamları" mövzusunda tədbir keçirilib

Martın 14-ü məktəbin fəal ibtidai sinif müəllimlərinin təşəbbüskarlığı ilə ibtidai sinif şagirdlərinin təqdimatında "Çərşənbə axşamları" mövzusunda tədbir keçirilib.

Məktəbin təlim-tərbiyə işləri üzrə direktor müavini Sevda Rüstəmova Novruzun əsas tərkib hissəsi olan çərşənbə axşamları, onların təmsil etdiyi dörd ünsür, bu bayramın mifoloji və etnoloji mahiyyəti barədə şagirdlər qarşısında geniş məruzə ilə çıxış edib.

Daha sonra şagirdlər hazırladıqları səhnəcikləri nümayiş etdirib.

Sonda tədbir iştirakçılarına Azərbaycan milli şirniyyatlarından ibarət bayram hədiyyələri paylanıb.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi