Balaca rəssamın yaratdığı əsərlər izləyənləri heyran qoyub

Məktəbin rus bölməsində təhsil alan 7 "Ə" sinif şagirdi Əliyev Amin Asəf oğlu müxtəlif janrda çəkdiyi şəkillərlə izləyənləri heyran qoyub.
Xüsusilə portret və mənzərə janrında çəkməyi sevən balaca rəssam yaratdığı əsərlərində müxtəlif al-əlvan rənglərdən istifadə edib. O, kömürlə, tuşla, sulu və yağlı boya ilə işləməyi çox sevdiyini bildirib.
Çəkdiyi şəkillər məktəbin texnologiya müəllimi Nailə Fataxovanın da xüsusi diqqətini çəkib. Nailə müəllim Amin bu həvəslə davam edərsə gələcəkdə istədiyi peşəyə yiyələnə biləcəyini bildirib.
Aminin ən böyük arzusu Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının tələbəsi olmaqdır.