"8 martdır, anacan" adlı tədbir keçirilib

Martın 7-si məktəbin ibtidai sinif müəllimi Nüşabə Ağamirzəyevanın təşkilatçılığı ilə rəhbərlik etdiyi 2 "B" sinfinin şagirdlərinin təqdimatında "8 martdır, anacan" adlı tədbir keçirilib.

Tədbir uşaqların ifasında milli rəqslə başlayıb.

Valideynlərin də iştirak etdiyi tədbirdə şagirdlərin ifasında ədəbi-bədii kompozisiya, milli və xarici rəqslər, səhnəciklər nümayiş olunub. Şagirdlər Vətənə, anaya aid şeirlər səsləndirib.

Sonda Nüşabə müəllim tədbirdə iştirak edən anaları, məktəbin müəllimlərini əlamətdar bayram münasibətilə təbrik edib.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi