“Qaytar ana borcunu” əsərinin təhlili üzrə “Açıq dərs" keçirilib

Martın 6-sı məktəbin Azərbaycan dili və ədəbiyyat müəllimi Xəyalə Quliyevanın 9 “Ç” sinfində ədəbiyyat fənnindən Əli Kərimin “Qaytar ana borcunu” adlı əsərinin təhlili üzrə “Açıq dərs"i keçirilib.

Dərsdə təlim-tərbiyə işləri üzrə direktor müavinləri, metodbirləşmə sədrləri və fənn müəllimləri iştirak edib.

Dərs ev tapşırıqlarının hansı səviyyədə yerinə yetirilməsi təqdimatının dinlənilməsi və müzakirəsi əsasında başlayıb. Cavablar dinlənilib və müzakirə olunub. Şagirdlər şeirin daha çox hansı misralarını bəyəndiklərini və bunun səbəbini izah edib.

Müəllim  “Gözəl oğul” anlayışının ifadəsi kimi Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimov haqqında geniş və ətraflı mühazirə aparıb.

"Açıq dərs" yüksək səviyyədə təşkil olunub və maraqlı diskussiyalarla yekunlaşıb.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi