"Xoş gəldin baharın ilk müjdəsi" adlı tədbir keçirilib

Martın 5-i məktəbin ibtidai sinif müəllimi Aynurə Cəlilovanın təşəbbüsü və təşkilatçılığı ilə məktəbin akt zalında rəhbərlik etdiyi 2 "F" sinif şagirdlərinin təqdimatında "Xoş gəldin baharın ilk müjdəsi" adlı qadın və gözəllik bayramı olan 8 mart “Beynəlxalq Qadınlar Günü”nə həsr olunmuş təntənəli bayram tədbiri keçirilib.
Tədbirdə məktəb rəhbərliyi, məktəbin pedaqoji kollektivi, şagirdlər və valideynlər iştirak ediblər.
Şagirdlərin təqdimatında bir-birindən maraqlı səhnəciklər nümayiş olunub.
Valideynlərin də qatıldığı tədbirdə şagirdlər çıxışlarına əllərindəki ürək formalı şarları analarına tərəf buraxaraq "Səni təbrik edirəm, dəyərli anam" mahnısı ilə başlayıb.
8 Mart- Beynəlxalq Qadınlar Gününə həsr olunmuş konsert proqramı tədbir iştirakçıları tərəfindən böyük maraqla və gurultulu alqışlarla qarşılanıb.