Abdulla Şaiqin ev muzeyinə ekskursiya təşkil olunub

Fevralın 27-si məktəbin rus bölməsinin ibtidai sinif müəllimi Nərmin Əliyevanın təşəbbüsü və rəhbərliyi ilə 3 "G" sinif şagirdlərinin Azərbaycan uşaq ədəbiyyatının banisi Abdulla Şaiqin ev muzeyinə ekskursiyası təşkil olunub.
Şagirdlərə bələdçi tərəfindən Abdulla Şaiqin həyat və yaradıcılığı haqqında, muzeydəki eksponatlar, şəkillər və əşyaların tarixindən geniş və ətraflı məlumat verilib.
Məktəbin müəllim və şagirdlərinin ifasında görkəmli şairin şeirləri Azərbaycan və rus dillərində səsləndirilib.
Sonda xatirə şəkli çəkilib.