“Narkomaniya və onun fəsadları -Sağlam həyat tərzi” mövzusunda maarifləndirmə tədbiri keçirilib

Fevralın 28-i məktəbin akt zalında Bakı şəhər Baş Polis İdarəsi, Səbail rayon İcra Hakimiyyəti və rayon Polis İdarəsinin birgə təşkilatçılığı ilə “Narkomaniya və onun fəsadları -Sağlam həyat tərzi” mövzusunda növbəti maarifləndirmə tədbiri keçirilib.
Tədbirdə Səbail rayon İcra Hakimiyyəti və rayon Polis İdarəsinin rəhbərliyi ilə yanaşı, Bakı şəhər Baş Polis İdarəsi və Səbail rayon Polis İdarəsinin Yetkinlik Yaşına Çatmayanlarla İşin Təşkili bölmələrinin, məktəbin pedaqoji kollektivinin nümayəndələri və şagirdlər də iştirak edib.
Tədbirdə çıxış edən Səbail rayon Polis İdarəsinin Yetkinlik Yaşına Çatmayanlarla İşin Təşkili bölməsinin əməkdaşları yeniyetmə və gənclərin narkomanlıq və digər zərərli vərdişlərldən qorunması üçün aparılan işlər barədə ətraflı məlumat verib.
Tədbirin sonunda narkomaniyanın insan həyatına zərərlərindən bəhs edən videoçarx izlənilib.