Əl işləri izləyənlərin böyük marağına səbəb olub

Məktəbin rus bölməsində təhsil alan 8 "D" sinif şagirdi Nina Miroşniçenko Vadimovnanın heyranedici əl işləri izləyənlərin böyük marağına səbəb olub.

Ninanın öz duyğu və düşüncələri ilə işlənmiş gözəl rəsm əsərlərində mövzu və düzgün kompozisiya bir-birini tamalayıb. Nina ona bu sahədə yaxından kömək göstərən müəllimləri Nailə Fataxova və Bəyim Qarayevanın diqqət və qayğısı sayəsində  daha da həvəslə və əzmlə çalışdığını bildirib.

Nailə müəllim Ninanın çox bacarıqlı və gözəl əl qabiliyyətinə malik olduğunu bildirib. Müəllim onu da qeyd edib ki: "Çox sevindirici haldır ki, şagirdlərimizin belə gözəl əl qabiliyyəti və fantaziyaları var. Onların qazandıqları uğurlar bizi daha da yüksək səviyyədə işləməyə ruhlandırır".

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi