"İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğuna ekskursiya təşkil olunub

Fevralın 27-si Təhsil Nazirliyi və "İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi arasında bağlanmış müqaviləyə əsasən Respublika Uşaq-Gənclər İnkişaf Mərkəzinin təşkilatçılığı ilə məktəbin fəal müəllimlərindən Firuzə Gülməmmədova, Hürzad Əlifzadə və Ülviyyə Bayramovanın rəhbərliyi altında ayrı-ayrı sinif şagirdlərinin "İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğuna ekskursiyası təşkil olunub.
Ekskursiyanın məqsədi təlimin keyfiyyətinin yüksəldilməsi, şagirdlərin milli-mənəvi dəyərlərimizə hörmət və vətənpərvərlik ruhunda tərbiyəsi, zəngin tarixi və maddi-mədəniyyət abidələrimiz haqqında şagirdlərə dolğun məlumat verməkdən ibarət olub.