"Biz Xocalını unutmadıq" adlı anım tədbiri keçirilib

Fevralın 26-sı məktəbdə ilk dərslər Xocalı soyqırımına həsr olunub. Dərslər Azərbaycanın müstəqilliyi uğrunda qurban gedən şəhidlərin və Xocalı qurbanlarının əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlanıb.
Daha sonra saat 13:00-da məktəbin akt zalında Xocalı soyqırımının iyirmi altıncı ildönümünə həsr edilmiş "Biz Xocalını unutmadıq" adlı anım tədbiri keçirilib.
Azərbaycan Dövlət himinin səslənməsi ilə başlayan tədbirdə Xocalı soyqırımı qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Tədbiri giriş sözü ilə açan məktəbin direktoru Xanlar İmaməliyev Xocalı soyqırımı ilə bağlı geniş məruzə ilə çıxış edib.
Sonda şagirdlərinin ifasında Xocalı soyqırımına həsr edilmiş şeirlərdən ibarət ədəbi-bədii kompozisiya nümayiş olunub.