Dövlət Dəniz Akademiyasının müəllimi şagirdlərlə görüşüb

Fevralın 23-ü məktəbin akt zalında Azərbaycan Dövlət Dəniz Akademiyasının “Gəmi energetik qurğuları” kafedrasının dosenti Hacı Mirzə oğlu Babayevin 10 və 11-ci sinif şagirdləri ilə görüşü keçirilib.
Görüş zamanı şagirdlərə Akademiyanın fəaliyyəti haqqında geniş məlumat verilib və fikir mübadiləsi aparılıb. Şagirdləri maraqlandıran suallar cavblandırılıb.