“Ana dilimizi sevək və qoruyaq" adlı tədbir keçirilib

Fevralın 21-i məktəbin Azərbaycan dili və ədəbiyyat müəllimləri Xəyalə Quliyeva, Azadə Əfəndiyeva, Şəhla Zeynalova və Sənubər Kazımovanın təşkilatçılığı ilə Beynəlxalq Ana Dili Gününə həsr olunmuşAna dilimizi sevək və qoruyaq" adlı təntənəli tədbir keçirilib.

Dövlət Himninin səslənməsi ilə başlanan tədbiri məktəbin direktoru Xanlar İmaməliyev giriş sözü ilə açaraq qeyd edib ki, "Azərbaycan dili həm fonetik, həm leksik, həm də qrammatik quruluşuna görə dünyanın ən inkişaf etmiş zəngin dillərindən biridir".

Daha sonra şagirdlər ana dilimizə həsr edilmiş şeirlər  söyləyib, ədəbi-bədii kompozisiyalar nümayiş etdiriblər. Tədbirdə Azərbaycan dilinin inkişafına həsr olunmuş videoçarx  nümayiş etdirilib.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi