Divar qəzetləri Xocalı faciəsinə həsr olunub

"Xocalı soyqırımının iyirmi altıncı il dönümünün keçirilməsi ilə bağlı təsdiq edilmiş tədbirlər planı"na əsasən məktəbdə bütün siniflərin divar qəzetləri faciəyə həsr olunub.
Məktəblilər bəşər tarixinə böyük qanlı faciə kimi daxil olan Xocalı həqiqətlərini bacardıqları kimi təqdim etməyə çalışıblar.
Şagirdlərin hazırladıqları divar qəzetlərində Xocalı hadisələri haqqında ətraflı məlumatlar, faciəyə həsr olunmuş rəsmlər öz əksini tapıb.
Xocalı soyqırımının iyirmi altıncı il dönümü ilə bağlı silsilə tədbirlər davam etdirilir.